Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzeni qəbul edib.
APA-nın məlumatına görə, prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin çox uğurlu və dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.
Ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirən dövləti başçısı gündəlikdə duran məsələlərin çox geniş və əhatəli olduğunu deyib. Əməkdaşlığımızın yaxşı nəticələr verdiyini vurğulayan prezident İlham Əliyev bu nəticələrin daha da möhkəmləndirilməsinin və bundan sonra da ölkələrimizin bir-birinə yaxınlaşması, dinamik inkişafı üçün birgə səylərin artırılmasının vacibliyini qeyd edib.
Dövlət başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündəliyinin müzakirəsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirib.
Bakıya hər dəfə səfər etməsindən məmnunluğunu vurğulayan M. Canelidze paytaxtımızın böyük sürətlə inkişaf etməsinin dost Gürcüstan üçün çox sevindirici hal olduğunu bildirib. M. Canelidze qeyd edibki, xalqlarımız nəinki qonşudur, eyni zamanda, bizim dostluğumuz bir nümunədir. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd edildiyini vurğulayan qonaq ötən dövr ərzində əldə olunan nəticələrin əhəmiyyətini diqqətə çatdırıb münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün yaxşı əsasların olduğunu deyib. Azərbaycan ilə Gürcüstan arasında həllini tapmayan məsələlərin olmadığını bildirən M. Canelidze ölkələrimizin gələcək inkişafına istiqamətlənən birgə layihələrin önəmini də qeyd edib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ticarət, turizm və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi, Cənub Qaz Dəhlizinin icrası, hökumətlərarası komissiyanın fəaliyyətinin gücləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
11:14
Prezident İlham Əliyev fevralın 13-də Gürcüstandan gələn qonaqları qəbul edib.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.