İlham Əliyev Stolüstü Tennis Birliyinin prezidentini qəbul edib
09 fevral 2015 17:05 (UTC +04:00)

İlham Əliyev Stolüstü Tennis Birliyinin prezidentini qəbul edib

Prezidenti İlham Əliyev  Avropa Stolüstü Tennis Birliyinin prezidenti Ronald Krameri qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə ölkəmizdə bütün idman növlərinin inkişafına dövlət səviyyəsində göstərilən diqqətdən danışıldı, paytaxtda və regionlarda müasir idman infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən ardıcıl işlərin önəmi vurğulanıb.

Azərbaycan Stolüstü Tennis Federasiyası və Avropa Stolüstü Tennis Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə stolüstü tennis üzrə Avropa “TOP-16” Kuboku uğrunda yarışların yüksək səviyyədə keçirildiyi bildirildi və bu cür tədbirlərin idman sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 90
avatar

Oxşar yazılar