“Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün böyük önəm daşıyır”.
APA-nın məlumatına görə, bunu Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini bəyan edib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı üçün böyük əhəmiyyətə malikdir. F. Mogerini bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu önə çəkib və Avropa İttifaqının bu layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini deyib.
11:42
Prezident İlham Əliyevin Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti ilə görüşü olub.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı fevralın 6-da Brüsseldə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini ilə görüşüb.