II Qareginlə Şeyxülislam harada görüşəcəklər?
09 yanvar 2013 17:42 (UTC +04:00)

II Qareginlə Şeyxülislam harada görüşəcəklər?

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bütün ermənilərin katolikosu II Qaregin tərəfindən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadəyə Azərbaycanla Ermənistan arasındakı cəbhə xəttində görüşlə bağlı dəvətə münasibət bildirib.

 

QMİ-dən APA-ya bildirilib ki, son günlər erməni mətbuatında II Qaregin tərəfindən Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanmış Azərbaycan və Ermənistan dini liderlərinin növbəti görüşünün cəbhə bölgəsində keçirilməsi barədə təklifi müxtəlif formalarda yozulur.

 

QMİ qeyd edir ki, A.Paşazadənin Gürcüstana səfəri zamanı erməni kilsəsinin Gürcüstan yeparxiyasının yepiskopu Vazgen Mirzəxanyan ona II Qareginin yuxarıda göstərilən təklifini çatdırıb və görüşün, erməni mətbuatının iddia etdiyi kimi, nə cəbhə xəttində, nə də Dağlıq Qarabağ ərazisində baş tutması təklifi olmayıb: “Söhbət yalnız Azərbaycan-Ermənistan sərhəd məntəqələrinin birindən gedib. QMİ bu şayiələri qətiyyətlə rədd edir, bunu erməni tərəfinin növbəti təxribatı kimi dəyərləndirir. Haqqında danışılan görüş yalnız Azərbaycan-Ermənistan sərhədində baş tuta bilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar