Spikerdən və Palata sədrindən Qüdrət Həsənquliyevə yubiley təbriki
30 yanvar 2015 18:06 (UTC +04:00)

Spikerdən və Palata sədrindən Qüdrət Həsənquliyevə yubiley təbriki

 

Milli Məclisin sədri, sədr müavinləri, Aparat rəhbəri və İşlər İdarəsinin müdirinin adından BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə 50 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlanıb. Lent.az-ın məlumatına görə, təbrik məktubunda spiker Oqtay Əsədov Q. Həsənquliyevin 20 ildən çox fəal siyasətdə olduğunu vurğulayıb: “Siz 2003, 2008 və 2013-cü illər prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak etmisiniz. Eyni zamanda, Bakı Asiya Universitetində baş müəllim kimi gənc nəslə hüquq elminin sirlərini və siyasi təcrübənizi öyrətmisiniz. MSK-nın katibi vəzifəsində çalışdığınız 2000-2003-cü illər də tərcümeyi-halınıza yaddaqalan səhifələr yazıb. Yarandığı gündən indiyədək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrisiniz. 10 ildən çoxdur ki, BAXCP-nin lideri kimi ölkənin siyasi həyatında fəallıq göstərir, milli birliyə nail olmaq istiqamətində imkanlarınızı səfərbər edir, müstəqilliyimizin möhkəmlənməsi yolunda var gücünüzlə calışırsınız”.

 

Spiker qeyd edib ki, seçicilərin etimadını doğruldaraq III və IV çağırış Milli Məclisə seçkilərdə də deputat mandatı qazanan Q. Həsənquliyev hazırda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi qanun yaradıcılığına layiqli töhfə verir, Milli Məclisin NATO PA-da və Avronest PA-dakı nümayəndə heyətlərinin üzvü kimi səmərəli fəaliyyət göstərir, Azərbaycan-Malta parlamentlərarası dostluq qrupunun rəhbəri, Belçika, İtaliya, Xorvatiya, Moldova və Peru ilə analoji qrupların üzvü kimi Milli Məclisin beynəlxalq əlaqələrinin genişlənməsində yaxından iştirak edir”.

 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  da BAXCP sədrinə 50 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda bildirilir: ”Hörmətli Qüdrət müəllim, Sizi 50 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sizə ən səmimi hisslərimi, xoş arzularımı və ehtiramımı bildirirəm. Siz Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi fəal deputat mövqeyinizlə ictimaiyyətin dərin rəğbətini qazanmısınız və ictimai-siyasi proseslərə obyektiv və özünəməxsus yanaşma tərzinizlə seçilirsiniz.

Sizi cəmiyyətdə həqiqi ziyalı və dövlət xadimi, layiqli vətəndaş  və nəcib insan kimi tanıyır və qiymətləndirirlər. Hörmətli Qüdrət müəllim, Sizi bir daha ad gününüz münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, ictimai və millət vəkili fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar