Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup zabiti Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü və Birinci Dünya müharibəsinin 100-illik yubileyi münasibətilə iyulun 14-də Paris şəhərində keçirilən hərbi paradda iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hərbi qulluqçularımız ölkəmizin bayrağını dünyanın 80-ə yaxın Silahlı Qüvvələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən hərbi paradda ilk dəfə olaraq dalğalandırıblar.