Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılacaq
12 iyul 2014 12:55 (UTC +04:00)

Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılacaq

0

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərə qatılacaqlar. Bu barədə Lent.az-a  Müdafiə Nazirliyindən məlumat verilib.

 

İyulun 14-dən 18-dək Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, iyulun 25-dək Andermatt şəhərində (İsveçrə) Təkmilləşdirilmiş yay dağ təlimi kursu keçiriləcək.

 

Azərbaycan hərbçiləri həmçinin avqustun 1-dək Vişkov şəhərində (Çexiya) Komanda və qərargah kursunda iştirak edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 680

Oxşar yazılar