Həmsədrlərin XİN rəhbərləri ilə görüş vaxtı açıqlandı - YENİLƏNİB
26 may 2016 17:02 (UTC +04:00)

Həmsədrlərin XİN rəhbərləri ilə görüş vaxtı açıqlandı - YENİLƏNİB

0

 

Xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında görüşün vaxtı məlum olub.

 

Bu barədə APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

 

Görüş mayın 31-də Brüsseldə baş tutacaq.

 

O bildirib ki, həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla isə iyunun 2-də Parisdə görüşəcəklər. 

 

***

 

16:26

 

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iyunun əvvəlindəATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

 

APA-nın “armtoday.info” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib.

 

“Həmsədrlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşəcəyi ehtimal edilir”, - deyə o vurğulayıb.

 

E. Nalbandyan qeyd edib ki, görüş zamanı prezidentlərin Vyana görüşündə əldə olunmuş razılaşmalar müzakirə ediləcək.

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar