ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri başlayır.
APA-nın xəbərinə görə, amerikalı həmsədr Ceyms Uorlik artıq Ermənistandadır. Bu barədə o, öz “Twitter” səhifəsində yazıb. C. Uorlik Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcəklərini bildirib. Həmsədrlər daha sonra Azərbaycana gələcəklər.