Rusiya yaxın günlərdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrini Sankt-Peterburq görüşüşün nəticələri barədə məlumatlandıracaq. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə RİA "Novosti" agentliyinə Kremldəki mənbə xəbər verib.
"Həmsədrlər İlham Əliyev və Serj Sarqsyan arasında Sankt-Peterburqda baş tutan görüşün nəticələri barədə məlumatlandıracaq", - deyə mənbə qeyd edib.