Həmsədrlər cəbhədəki vəziyyətdən narahatdır
03 avqust 2014 00:10 (UTC +04:00)

Həmsədrlər cəbhədəki vəziyyətdən narahatdır

Həmsədrlər Ermənistan və Azərbaycan prezidentlərini gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırıblar

ATƏT-in hazırkı sədri Didyer Burqxalter və ATƏT Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriu (Fransa) qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində çoxsaylı itkilərlə nəticələnən zorakılığın kəskin artmasından dərin narahatlığını ifadə ediblər. Lent.az-ın  APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT Minsk Qrupunun bəyanatında bildirilir. ATƏT-in hazırkı sədri və ATƏT Minsk Qrupunun həmsədrləri həmçinin Ermənistan-Azərbaycan sərhədində humanitar missiyanı həyata keçirən Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilinin atəşə tutulması faktından narahatlığını ifadə edib. Onlar mülki şəxslərə və beynəlxalq təşkilatın nümayəndələrinə qəsdən hücumunu qəti pisləyiblər və tərəflərə Cenevrə Konvensiyası üzrə öhdəliklərini xatırladıblar.

 

Həmsədrlər Ermənistan və Azərbaycan prezidentlərini gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırıblar: “Zorakılığın davam etdirilməsi davamlı sülhün əldə olunmasını çətinləşdirəcək”, deyə həmsədrlər vurğulayıb. Onlar həmçinin Ermənistan və Azərbaycan prezidentlərini münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları bərpa etməyə çağırıblar.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5504
avatar

Oxşar yazılar