Həmsədrlər bu gün Vyanaya səfər edir
03 iyul 2017 11:14 (UTC +04:00)

Həmsədrlər bu gün Vyanaya səfər edir

0
 
ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanaya səfər edəcəklər.
 
APA-nın məlumatına görə, bu bərədə həmsədrlərin regiona səfərləri ilə bağlı iyunun 19-da yaydıqları bəyanatda göstərilib.
 
Onlar Minsk qrupu üzvlərini münaqişənin həlli istiqamətində atılan addımlar barədə məlumatlandıracaqlar.
 
Qeyd edək ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar