Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Lent.az-ın AazərTAc-a istinadən xəbərinə görə, Gürcüstanın Baş naziri Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması ilə bağlı təbriklərini çatdırıb və deyib ki, bu təyinat Gürcüstan-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi işinə öz müsbət təsirini göstərəcək.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev və Giorgi Kvirikaşvili siyasi, iqtisadi, energetika və digər sahələrdə əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Dövlət başçısı qeyd edib ki, bu gün “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı uğurla keçirilib və Gürcüstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunduğuna görə Giorgi Kvirikaşviliyə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri gələcək təmaslar və səfərlər barədə də danışıblar.