Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya səfər edəcək.
APA-nın yerli bürosu xəbər verir ki, G. Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun oktyabrın 30-da Bakıda keçiriləcək rəsmi açılış mərasimində iştirak edəcək.
Qeyd edək ki, mərasimdə iştirak etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana gələcək.