Gürcüstanın baş naziri birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana gəlib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bu gün Azərbaycana gələn İrakli Qaribaşvilini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıb.