Gürcüstan XİN rəhbəri Bakıya gəlir
07 fevral 2017 21:18 (UTC +04:00)

Gürcüstan XİN rəhbəri Bakıya gəlir

Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze fevralın 12-də Azərbaycana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, iki gün davam edəcək səfər çərçivəsində gürcüstanlı nazirin azərbaycanlı həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub.

 

Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılacaq.

 

Nazirlərin görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar