GUAM PA Bəyannamə qəbul etdi
20 dekabr 2012 19:16 (UTC +04:00)

GUAM PA Bəyannamə qəbul etdi

0

Bəyannamədə Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Dnestryanı münaqişələrin Avropa üçün təhlükə yaratdığı vurğulanıb

 

GUAM Parlament Assambleyasının (PA) Bakıda keçirilən 5-ci iclasının bu gün yekun bəyannaməsi qəbul olunub.

Lent.az-ın verdiyi məlumata görə, sənəddə GUAM ərazisində həlli uzanan Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya, Dnestryanı münaqişələr ilə bağlı narahatlıq ifadə olunub.

Bəyannamədə vurğulanır ki, bu münaqişələr hazırkı situasiyada tək GUAM-a üzv olan ölkələr üçün deyil, bütün Avropa üçün təhlükə yaradır. GUAM PA Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki töhfələrini yüksək qiymətləndirib və quruma üzv dövlətlər ilə həyata keçirilən enerji layihələrinə öz dəstəyini ifadə edib. Sənəddə tərəflər GUAM PA çərçivəsində demokratiya və insan haqları, ölkələrin iqtisadi inkişafı, regionda təhlükəsizliyin və sabitliyin təmin olunması kimi məsələlərin vacibliyini vurğulayırlar. Qurum bəyannamədə Avropa İttifaqı ilə, xüsusilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əlaqələrin daha sıx inkişafını dəstəklədiyini bildirir. Bəyannamədə GUAM-a üzv olan ölkələr beynəlxalq sistemdə vahid mövqedən çıxış etməsi zəruri sayılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 522

Oxşar yazılar