Gövhər Baxşəliyeva Siyavuş Novruzova cavab verdi
21 dekabr 2012 13:42 (UTC +04:00)

Gövhər Baxşəliyeva Siyavuş Novruzova cavab verdi

0

“Belə naşı fikirlər səsləndirilməsin…”

 

Milli Məclisdə “Mədəniyyət haqqında” qanun layihəsinin müzakirəsi davam edir. Lent.az-ın məlumatına görə, millət vəkili Asim Mollazadə deyib ki, Qəbələ RLS-də sovet militarist cinayətləri və Xocalı soyqırımı ilə bağlı muzey yaradılmalıdır: “Bu məsələlər araşdırılmalı, Azərbaycanın yeni nəsli baş verənlərlə tanış ola bilmləidir”.

 

O, sovet dövründə Azərbaycan torpaqlarının adları dəyişilib, bu toponimlər bərpa olunmalıdır”.

  

AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Siyavuş Novruzovun az əvvəl etdiyi çıxışa etirazını bildirib: “AMEA-da aparılan tədqiqat işlərinin əhəmiyyəti çox böyükdür. Prezidentin sərəncamı ilə dünən AMEA-nın Gəncə bölməsinin açılması da buna sübutdur. Partiya funksioneri kimi bu məsələlər barədə danışmaq olmaz. Xalqımızın keçmişi barədə bu gün bizdə olan məlumatlar, biliklər AMEA-nın institutlarının səyi nəticəsində əldə olunub. Belə naşı fikirlər səsləndirilməsin”.

 

Spiker Oqtay Əsədov isə “Mədəniyyət haqqında” qanunun müzakirə olunduğunu xatırladıb və bu çərçivədən kənara çıxmamağı zəruri sayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2316

Oxşar yazılar