<span style="color:red;">Görüş baş tutdu:  <b>Arif Hacılı Rauf Arifoğludan xahiş etdi</b>
05 dekabr 2014 16:41 (UTC +04:00)

Görüş baş tutdu: Arif Hacılı Rauf Arifoğludan xahiş etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu görüşüblər. Lent.az-ın xəbərinə görə, Rauf Arifoğlu musavat.com-a bildirib ki, Müsavat başqanı ilə onun arasında görüş normal atmosferdə keçib, tərəflər yaranmış gərginliklə bağlı öz mövqelərini açıqlayıb, bir-birinin irad və təkliflərini dinləyiblər: “Hesab edirəm ki, faydalı görüş oldu, bir çox məsələlərə dair öz mövqeyimizi dəqiqləşdirdik. Ayrıca Arif Hacılı partiyanın 14 dekabra təyin etdiyi mitinqə görə qəzetin informasiya dəstəyi verməsini xahiş etdi və bu anlayışla qarşılandı”.

 

Qeyd edək ki, dünən gecə Müsavat başqanının müavini Osman Kazımovun sosial şəbəkədə “Yeni Müsavat”la AXCP arasında baş verənlərin Müsavat partiyasına aidiyyəti yoxdur” yazması Rauf Arifoğlunun etirazına səbəb olub. Rauf Arifoğlu "facebook"dakı statusunda gələn həftə qəzetdə çalışan müsavatçıların partiyada qalıb-qalmamaq məsələsinin müzakirə olunacağını yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 170
avatar

Oxşar yazılar