Qənirə Paşayeva AŞPA-da Ermənistan nümayəndə heyətinə sərt cavab verdi
03 oktyabr 2014 01:28 (UTC +04:00)

Qənirə Paşayeva AŞPA-da Ermənistan nümayəndə heyətinə sərt cavab verdi

0
 “Bir milyon azərbaycanlının evinə dönməsinə imkan verməyən işğalçı Ermənistan təmsilçisinin AŞPA-da insan haqlarından danışmaq haqqı yoxdur”.
 
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,  bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında  (AŞPA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistan nümayəndə heyətinin üzvü Aprine Hovannisyanın AŞPA-nın iclasında çıxışına cavab  olaraq deyib.
 
Qeyd edək ki, bu gün AŞPA-nın iclasında çıxış edən  Aprine Hovannisyan bütün çıxışını Azərbaycanın əleyhinə yönəldib. Yalan, qərəzli məlumatlar və ittihamla çıxış edən Ermənistan nümayəndəsi Azərbaycanda insan haqları ilə də bağlı qərəzli fikirlər səsləndirib. Müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Ermənistan nümayəndə heyətinin üzvünün çıxışına kəskin etirazını bildirib: “Təəssüf edirəm ki, Ermənistan nümayəndə heyətinin üzvü bütün çıxışını Azərbaycana həsr edərək yanlış, qərəzli məlumat və fikirlər səsləndirib. Qonşusunun, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan  Ermənistanın təmsilçisinin bu Assambleyada hər hansı bir ölkəni tənqid etmək haqqı yoxdur. Bir milyon azərbaycanlını öz evindən qaçqın və məcburi köçkün salan və bu gün də onların öz evlərinə dönməsinə imkan verməyən bir ölkənin millət vəkilinin Avropa Şurası Assambleyasında insan haqlarından danışmaq haqqı yoxdur”.
 
 
Qənirə Paşayevanın sözlərinə görə, işğalçı bir ölkənin, bir milyon insanın haqlarını 20 ildən artıqdır ki, tapdalamaqda davam edən  Ermənistanın insan haqlarından dəm vurub kimlərəsə dərs keçmək haqqı yoxdur və çox gülünc görünür: “Ermənistan nümayəndə heyətinin üzvü Aprine Hovhannisyan bunlardan danışsa daha yaxşı olardı. Yaxşı olardı ki, o, yalan, qərəz dolu məlumatlarla bütün çıxışını Azərbaycana həsr etməkdənsə öz ölkəsində insan haqlarının vəziyyətindən və ümumiyyətlə ölkəsindəki vəziyyətdən danışaydı. Avropa Şurası, Parlament Assambleyası da daxil olmaqla çox sayda beynəlxalq təşkilatlar Ermənistanı insan haqlarının tapdalanması da daxil olmaqla çox məsələlərdə tənqid edirlər. Ermənistan millət vəkili Hovhannisyan onlardan danışsa daha yaxşı olardı. Onun Azərbaycan haqqında səsləndirdiyi fikirlər qərəzdən və yalandan başqa bir şey deyil və çox təssüf edirik ki, onlar bu kimi addımlara əl atırlar”.
 
Qənirə Paşayeva  AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb: “Ermənistan AŞ qarşısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəlik götürüb. Heç bir addım atmayıb. AŞPA 1416 saylı qətnamə qəbul edib amma Ermənistan bu günə kimi bu qətnaməni yerinə yetirməkdən imtina edir. Ona görə də AŞPA artıq Ermənistanın bu addımlarına öz sərt münaibətini bildilməli, ona qarşı sərt addımlar atmalıdır. Öz evinə dönə bilıməyən və insan haqları işğalçı Ermənistan tərəfindən tapdalanmaqda davam edən azərbaycanlı qaçqın və məcburu köçkünlər sizdən bunu gözləyir və sizi buna çağırırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1498

Oxşar yazılar