Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Seymur Hüseynov Sosial İnkişaf üzrə BMT Komissiyasının Nyu Yorkda keçirilən 53-cü sessiyasında iştirak edir. Şuradan Lent.az-a verilən məlumata görə, tədbirdə iştirakçı ölkələrin dövlət rəsmiləri və BMT-nin İqdisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü olan qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
Səfər çərçivəsində, ARGTMŞ-ın baş katibi və Dünya Gənclər Assambleyasının (WAY) Baş katibi Ediola Pashollari arasında iki tərəfli görüşlər keçirilib. Görüşlərdə hər iki qurum arasında əməkdaşlıq formatları, qlobal gənclər və sosial siyasət məsələləri müzakirə edilib.