NATO-Azərbaycan tərəfdaşlığının 20 illiyi ilə əlaqədar Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən 29 noyabr 2014-cü il tarixində Gəncə şəhərində “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı: Azərbaycanın müdafiə və təhlükəsizlik sektorlarının inkişafına NATO-nun dəstəyi” mövzusunda dəyirmi masa tədbiri həyata keçirilib.
Gəncə Avro-Atlantik Məlumat Mərkəzindən APA-ya verilən xəbərə görə, mövzu ilə bağlı çıxış edən tədbirin məruzəçisi, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Nadir Saraclı öz çıxışında NATO-Azərbaycan əlaqələrinin bugünki dinamikası, NATO-Azərbaycan arasındakı geniş spekrli məsələlərə dair praktik əməkdaşlıq əlaqələri və NATO-Azərbaycan arasında olan 20 illik tərəfdaşlıq formatının hər iki tərəf üçün kifayət qədər məhsuldar və qarşılıqlı faydalı olması barəsində tədbir iştirakçılarına geniş və ətraflı məlumat verib. Bundan sonra tədbir iştirakçıları tərəfindən mövzu ilə bağlı məruzəçiyə verilən suallar ətrafında müzakirələr aparılıb.