Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Gəncə şəhərində yerləşən hərbi hissədə olublar. Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, on üç dövləti təmsil edən hərbi attaşelər burada əsgər yeməkxanası, yataqxanaları, məşğələ otaqları ilə tanış olublar. Qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərində də iştirak ediblər. Hərbi attaşelər burada yaradılmış xidmət və məişət şəraitindən, tədrisin səviyyəsindən məmnun qalıblar.
Ziyarət proqramına uyğun olaraq hərbi attaşelər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsində olaraq onun əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.