Fuad Qəhrəmanlı: “Biz seçkidə vahid namizədlə iştirakın tərəfdarıyıq”
24 dekabr 2012 21:19 (UTC +04:00)

Fuad Qəhrəmanlı: “Biz seçkidə vahid namizədlə iştirakın tərəfdarıyıq”

0

 “Prezident seçkilərində Müsavat Partiyasının öz namizədini müəyyənləşdirməsində qeyri-adi bir şey yoxdur”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib.

 
F. Qəhrəmanlı prezident seçkilərində vahid namizədlə iştirakın tərəfdarı olduqlarını bildirib: “Müsavat Partiyası öz namizədini müstəqil şəkildə müəyyənləşdirə bilər. Biz bunu normal qəbul edirik. Lakin biz seçkilərdə İctimai Palata tərəfindən birgə razılaşdırılmış vahid namizədlə iştirakın tərəfdarıyıq. Bununla bağlı İctimai Palatanın memorandumu da var. Orada göstərilib ki, İctimai Palatada təmsil olunan partiyaların öz namizədlərini müəyyənləşdirməsi İctimai Palatanın məqsədinə ziddir. Müsavat Partiyasının öz namizədini müəyyənləşdirməsi və İsa Qəmbərin namizədliyini irəli sürməsini normal qəbul edirik ”.
 
Qeyd edək ki, bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Divan Müsavat Partiyası Məclisinin növbəti toplantısında prezident seçkilərində iştiraka dair qərar qəbul edilməsini və İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsini tövsiyə edib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar