Fransua Olland: “Danışıqların uğurla nəticələnməsini arzu edirik”
22 sentyabr 2014 10:22 (UTC +04:00)

Fransua Olland: “Danışıqların uğurla nəticələnməsini arzu edirik”

 

 

Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə uğurla nizamlanmasını arzu edib.


 

 APA-nın “news.am” saytına istinadən yaydığı xəbərə görə, F. Olland bu barədə Ermənistan prezidenti Serj Sarkisyana bu ölkənin müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubunda deyib. “Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqların yaxın gələcəkdə uğurla nəticələnməsini arzu edir. Bu məqsədlə sizi oktyabrda Parisdə qarşılamaqdan şad olacağam”, - deyə o, söyləyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar