Fransa və Azərbaycan prezidentlərinin görüşü olub
27 oktyabr 2014 16:08 (UTC +04:00)

Fransa və Azərbaycan prezidentlərinin görüşü olub

0
Parisdə Fransa prezidenti Fransua Ollandla Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.

 

APA-nın məlumata görə, F. Olland Azərbaycan dövlət başçısını Yelisey Sarayında qarşılayıb.

 

Azərbaycan prezidenti ilə görüşdən sonra F. Olland Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.

 

Üçtərəfli görüş isə Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.

 

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Sülh Sazişinin əsas müddəaları müzakirə ediləcək.

 

Qeyd edək ki, bu, 2014-cü il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin üçüncü görüşüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 918

Oxşar yazılar