Fransa Senatının üzvü: “[b]Azərbaycanda tolerantlığın şahidi oldum”[/b]
13 iyun 2015 12:47 (UTC +04:00)

Fransa Senatının üzvü: “[b]Azərbaycanda tolerantlığın şahidi oldum”[/b]

0
“Azərbaycanda tolerantlığın, yüksək dini, milli dözümlülüyün şahidi oldum”.

 

APA-nın məlumatına görə, bunu Fransa senatının üzvü Natalia Quli bu gün Bakıda Mətbuat Şurasının təşkil etdiyi görüşdə bildirib. O qeyd edib ki, ötən gecə Birinci Avropa Oyunlarının açılışında Ermənistan nümayəndə heyətinin keçidinə yaradılan şərait buna misal kimi göstərilə bilər: “Bu adi məsələ deyil, iki ölkə arasında münasibətlərin gərgin olduğu vaxtda yaradılan şərait yüksək dözümlülükdən xəbər verir”.

 

Senat üzvünün sözlərinə görə, Azərbaycan Qərbin tərəfdaşıdır: “Azərbaycanın strateji mövqeyi bizim üçün əhəmiyyətlidir. Biz regionda Azərbaycana strateji tərəfdaş kimi böyük önəm veririk”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar