Fransa da narahatdır
05 avqust 2014 16:43 (UTC +04:00)

Fransa da narahatdır

Fransa Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər itkilərə səbəb olan gərginliyin artmasından narahatlığını ifadə edib.

 

APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransanın Xarici İşlər Nazirliyinin (XİN) saytında bildirilir.

 

Fransa XİN-in məlumatında qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.

 

“Fransa tərəfləri atəşkəs haqqında sazişə əməl etməyə, yeni insidentlərdən qaçmaq üçün gərginliyin azaldılması istiqamətində təcili tədbirlər görməyə çağırır”, - deyə məlumatda vurğulanır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1195
avatar

Oxşar yazılar