Fələstinin Azərbaycandakı səfiri: “Fələstin, Qəzza qan ağlayır”
25 iyul 2014 21:03 (UTC +04:00)

Fələstinin Azərbaycandakı səfiri: “Fələstin, Qəzza qan ağlayır”

0
“Fələstin, Qəzza qan ağlayır. Fələstin İsrail terrorçularının əlində yanaraq kül olur”.

APA-nın məlumatına görə, bunu Qüds günü ilə bağlı keçirilən tədbirdə çıxış edən Fələstinin Azərbaycandakı səfiri Naser Abdulmalik deyib.

 

O, bildirib ki, hər şeyə rəğmən Fələstin qəhrəmancasına mübarizə aparır: “Fələstin qəhrəmancasına mübarizə aparır. Fələstin peyğəmbərlərin torpağıdır. Bu günə kimi, 808 nəfər ölüb, 5345  nəfər yaralanıb, 1400 məcburi  köçkün yaranıb. 3100 bina məscuid ev dağıdılıb. İsrail bütün Fələstin xalqına qarşı müharibə aparır. Hesablamalara görə, bu günə kimi ölənlərin 80 faizini uşaqlar qadınlar və qocalar təşkil edir. Uşaqlar ölənlərin üçdə birini təşkil edir. Qəzza 7 ildir ki, mühasirədədir. Bundan əvvəl isə Qəzza içməli su, işıq və digər vasitələr olmadığı üçün bir cəhənnəmə cevrilib. Fələstin 1919- cu il inqilabının, 1939-cu il inqilabının xalqıdır. Azadlıq hərəkatının xalqıdır. Qəribədir ki, bəzi ölkələr bizə qarşı çıxırlar. Həmin ölkələrə sual olunur ki, ən böyük işğalçılığa məruz qalmış Fələstin haqqında niyə susursunuz, onlar bəşər övladı deyillər? Biz islam ümmətindən olmamızdan qürur duyuruq və islam ümmətindən aldığımız dəstəkdən məmnunuq. Mən prezident ilham Əliyevə, Azərbaycan ictimaiyyətinə bizə verdikləri dəstəyə görə təşəkkür edirəm ”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 834

Oxşar yazılar