Dünən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul edib. Lent.az-ın ermenihaber.am saytına istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fikir mübadiləsi aparılıb.
E.Nalbandyan C.Uorliklə sentyabrın 4-də Uelsdə ABŞ dövlət katibi Con Kerrinin vasitəsilə təşkil olunmuş Ermənistan ve Azərbaycan prezidentlərinin görüşü barədə danışıb.
Oktyabrda Parisdə Fransa prezidenti Fransua Hollandın vasitəsilə keçiriləcək Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan prezidenti İlham Əliyevin görüşünün əhəmiyyəti də qeyd olunub.