Ermənilərə Azərbaycanca salam <span style="color:red;">- təyyarədə insident
10 fevral 2015 12:08 (UTC +04:00)

Ermənilərə Azərbaycanca salam - təyyarədə insident

Fevralın 9-da “Aeroflot” şirkətinin həyata keçirdiyi SU 1866 Moskva-Yerevan reysində gülməli əhvalat baş verib. Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, sərnişinlər artıq öz yerlərini tutduqdan sonra təyyarə havaya qalxmağa hazırlaşarkən məşhur salamlama mətni səsləndirilib.

Mətn təbii ki, əvvəlcə rus, daha sonra isə... Azərbaycan dilində səsləndirilib. Bu zaman sərnişinlər arasında əsl çaxnaşma yaranıb. Onlar bunun sui-qəsd olduğunu və təyyarənin Bakıya uçduğunu zənn ediblər.

Təyyarənin ekipaj üzvləri bunun texniki səhv olduğunu izah edərək sərnişinləri sakitləşdirməyə məcbur olublar. Bundan əlavə, məlum olub ki, təyyarənin ekipajının komandiri də milliyyətcə erməni olan Eduard Ovannisyandır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413
avatar

Oxşar yazılar