Ermənilər indi də Ağrı dağına görə UNESCO-ya müraciət edir
25 dekabr 2014 18:36 (UTC +04:00)

Ermənilər indi də Ağrı dağına görə UNESCO-ya müraciət edir

0

Ermənistanda “İrs” Partiyasından olan deputat Zarui Postancyan Türkiyə ərazisindəki Ağrı dağını (ermənilər onu “Ararat” adlandırır - red.) “erməni qeyri-maddi irs nümunəsi” kimi UNESCO-nun siyahısına salmaq üçün bu təşkilata rəsmi müraciət ünvanlamağı təklif edib.

 

APA-nın “News.am”a istinadən məlumatına görə, “İrs” Partiyası bununla bağlı bəyanat yayıb.

 

Bəyanatda qeyd olunur ki, UNESCO-nun mədəni irs nümunələri siyahısına təklif vermək hüququ Konvensiyaya üzv dövlətlərin hökumətlərinə aid olduğuna görə deputat Zarui Postancyan baş nazir Ovik Abramyana bu məsələ ilə bağlı təklif göndərib: “Sözügedən təşəbbüs Ararat dağının ermənilərin mentalitetinə təsirinin böyük olmasına əsaslanır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar