Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı Ankarada keçirilən rəsmi qarşılanma mərasimi maraqlı görüntülərlə yadda qalıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İlham Əliyevin prezident iqamətgahındakı qarşılama mərasimində qədim türk dövlətlərinin simvolları da yer alıb.
Azərbaycan prezidentini daşıyan avtomobil iqamətgahın həyətinə atlı dəstəsinin müşayiəti ilə daxil olub.
Tarixdə mövcud olmuş 16 türk dövlətinin tarixi libaslarını geyinən əsgərlərdən təşkil edilmiş fəxri qarovul da diqqətdən yayınmayıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan saraydan çıxarkən “Dombra” marşı çalınıb.