Ərdoğan Əliyevlə fotosunu Tvitterdə paylaşdı
01 noyabr 2017 04:54 (UTC +04:00)

Ərdoğan Əliyevlə fotosunu Tvitterdə paylaşdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə əlaqədar Azərbaycanda səfərdə olub.

 

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, Ərdoğan Türkiyəyə qayıtdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə çəkilən fotosunu Tvitterdə paylaşaraq səmimi qonaqpərvərliyə görə İ. Əliyevə təşəkkür edib.

 

Türkiyə KİV-i prezidentlərin bu görüşünü  “Ceketsiz diplomasi” (“Pencəksiz diplomatiya”) kimi təqdim edib.

 

Qeyd edək ki, tərəflərin görüşündə iki ölkənin iştirakçısı olduğu qlobal layihələrin perspektivi, qarşılıqlı iqtisadi əlaqələrin möhkəmələndirilməsi, siyasi və strateji tərəfdaşlıq məsələləri müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Oxşar yazılar