Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya 2 günlük səfərə gəlir. Lent.az-ın "Anadolu" Agentliyinə istinadən məlumatına görə, Gürcüstanın baş naziri George Kvirikaşvili ilə birgə oktyabrın 30-da Bakı-Tbilisi-Kars dəmiryolu xəttinin açılışında iştirak edəcək.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri Türkiyə-Azərbaycanın diplomatik münasibətlərinin 25 illiyinə təsadüf edir.