Əlövsət Sadıqlı Müsavat Partiyasından xaric edildi
07 fevral 2015 20:49 (UTC +04:00)

Əlövsət Sadıqlı Müsavat Partiyasından xaric edildi

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti toplantısı keçirilib.

 

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Müsavat Partiyası Ağdam rayon təşkilatının üzvü Əlövsət Sadıqlının partiyanın VIII Qurultayının nəticələrini şübhə altına alan, seçilmiş partiya strukturlarının və onların qəbul etdiyi sənədlərin saxta olması barədə apardığı təbliğat kampaniyası, partiya strukturlarının legitimliyini qəbul etməməsi barədə açıqlamaları, partiya rəhbərliyinə, partiya strukturlarına qarşı böhtan və təhqir xarakterli müntəzəm çıxışları, MNTK-ya alternativ struktur yaratmaq cəhdi və digər məsələlər özünün iştirakı ilə müzakirə edilib.

 

MNTK geniş müzakirələrdən sonra partiyanın üzvü Əlövsət Sadıqlının Müsavat Partiyasının Nizamnaməsinin 1.9-cu bəndinin və Programının təməl prinsiplərini müəyyən edən II bölməsinin 6-cı bəndinin tələblərinə əməl etmədiyinə görə partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 281
avatar

Oxşar yazılar