Elnur Camalxanovun məqaləsi İtaliyanın məşhur qəzetində
05 oktyabr 2015 14:07 (UTC +04:00)

Elnur Camalxanovun məqaləsi İtaliyanın məşhur qəzetində

İtaliyanın məşhur “La nostra Gazetta” qəzetində Azərbaycan-İtaliya münasibətləri haqqında məqalə dərc olunub. Lent.az-ın xəbərinə görə, Bakı Neapol Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanovun müəllifi olduğu məqalədə Azərbaycan-İtaliya əlaqələrinin yaxın tarixi, ölkələr arasında mövcud olan dostluq, ticarət və mədəniyyət əlaqələrinin yüksək səviyyədə olmasından söz açılıb.

 

Məqalədə qeyd olunub ki, İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 1-də tanıyıb. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib. Məqalədə ulu öndər Heydər Əliyevin İtaliyaya ilk tarixi səfərindən bəhs olunub. Prezident İlham Əliyevin İtaliyaya səfərləri zamanı imzalanan sənədlərin iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq üçün güclü zəmin yaratdığı qeyd olunub.

 

Qeyd edək ki, “La nostra Gazetta” İtaliyada yüksək tirajla buraxılan məşhur qəzetlərdən biridir. Qəzet italyan və rus dillərində nəşr edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar