Mayın 12-13-də Türkiyənin Antalya şəhərində NATO-ya üzv dövlətlərinin xarici işlər nazirlərinin iclası keçiriləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AzərbaycanNATO-nun Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlət statusunda iclasa dəvət olunub.
Xarici işlər naziri Elmar Məmmədyarov iclasda iştirak etmək üçün Türkiyəyə yola düşüb.