Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə gedəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin dekabrın 10-da Qars şəhərində keçiriləcək üçtərəfli görüşündə iştirak edəcək.
Səfər çərçivəsində Elmar Məmmədyarovun xarici işlər nazirlərinin üçtərəfli görüşündə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.