Elmar Məmmədyarov Türkiyə diplomatını qəbul edib
21 dekabr 2012 16:55 (UTC +04:00)

Elmar Məmmədyarov Türkiyə diplomatını qəbul edib

0

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə xarici işlər nazirinin müavini Fatih Ceylanı qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı durumu, müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları və regionda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Tərəflər Ermənistan-Azərbaycan münaqişəsini də müzakirə edib və münaqişənin həllində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin canlandırılmasını vacib sayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar