XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Elmar Məmmədyarov Azərbaycan prezidenti lham Əliyevin salamlarını Rumıniya prezidentinə çatdırıb.
Görüş əsnasında iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, enerji, iqtisadiyyat, sərmayələrin qoyuluşu və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.