Elmar Məmmədyarov Münhendə həmsədrlərlə görüşəcək
15 fevral 2017 12:58 (UTC +04:00)

Elmar Məmmədyarov Münhendə həmsədrlərlə görüşəcək

Münhen Təhlükəsizlik konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

 

Bu barədə APA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

 

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın da konfrans çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulur.

 

Münhen Təhlükəsizlik konfransı fevralın 16-17-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225
avatar

APA Baycan

Oxşar yazılar