Elmar Məmmədyarov Avropa Məhkəməsinin sədrini qəbul edib
24 oktyabr 2014 17:55 (UTC +04:00)

Elmar Məmmədyarov Avropa Məhkəməsinin sədrini qəbul edib

0

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İnsan hüquqları məhkəməsinin sədri Dan Şpilmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda konfransın əhəmiyyəti qeyd olunub.

 

Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 483

Oxşar yazılar