Macarıstanın ölkəmizdəki səfiri Azərbaycan XİN-də olub
18 sentyabr 2015 16:12 (UTC +04:00)

Macarıstanın ölkəmizdəki səfiri Azərbaycan XİN-də olub

0

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri İmre Laslotskini qəbul edib.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə səfir İmre Laslotski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

 

Səfir İmre Laslotski Azərbaycan ilə Macarıstan arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

Nazir Elmar Məmmədyarov səfir İmre Laslotskiyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar