Elmar Məmmədyarov dövlət katibinin köməkçisi ilə görüşüb
26 sentyabr 2014 10:43 (UTC +04:00)

Elmar Məmmədyarov dövlət katibinin köməkçisi ilə görüşüb

Nazir Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, tərəflər Azərbaycan-ABŞ münasibətlərinin cari durumu və bu əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin haqqında fikir mübadiləsi aparıblar. 

Görüş əsnasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və global məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar