Elmar Məmmədyarov Brüsselə gedir
17 dekabr 2012 09:35 (UTC +04:00)

Elmar Məmmədyarov Brüsselə gedir

0
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Brüsselə səfəri başlayır.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan – Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 13-cü iclasında iştirak edəcək.

 

Səfər çərçivəsində Aİ Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Stefan Füle, Kipr Respublikasının xarici işlər naziri Erato Kozaku-Markulislə görüşlərin keçirilməsi planlaşdırılır.

 

Səfərdə  Azərbaycan – Aİ arasındakı münasibətlərin bütün aspektləri, o cümlədən siyasi, iqtisadi və humanitar məsələlər haqda müzakirələrin aparılması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 526

Oxşar yazılar