Prezident Aleksandr Lukaşenko onun da səmimi salamlarının və xoş arzularının Azərbaycan prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.
Belarus prezidenti iki ölkə arasındakı əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluğunu ifadə edərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb və bu istiqamətdə atılan səyləri dəstəklədiyini bildirib. Dövlət başçısı əlavə edib ki, iki ölkənin əməkdaşlığının böyük perspektivləri var.
Görüşdə qarşıdan gələn ildə hökumətlərarası komissiyanın iclasının keçirilməsi məsələsi müzakirə edilərək, onun gündəliyinin ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərinə uyğun olaraq zənginləşdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Azərbaycan Respublikası tərəfindən də iki ölkə arasındakı əlaqələrin inkişafının yüksək qiymətləndirildiyini və beynəlxalq məsələlərə münasibətdə ölkələrimiz mövqelərinin üst-üstə düşdüyünü deyərək, Azərbaycanın ticarət dövriyyəsinin artırılması istiqamətində ardıcıl səylər göstərdiyini bildirib.