Elmar Məmmədyarov Belarus Parlamentinin palata sədri ilə görüşüb
07 oktyabr 2014 19:30 (UTC +04:00)

Elmar Məmmədyarov Belarus Parlamentinin palata sədri ilə görüşüb

Oktyabrın 7-də xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüş zamanı Azərbaycan və Belarus parlamentləri arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib və mövcud dostluq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

 

Parlamentlərarası əlaqələrin ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin inkişafında mühüm rola malik olduğu qeyd olunaraq, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı üçün böyük potensialın mövcud olduğu bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424
avatar

Oxşar yazılar