Xarici işlər naziri Qazaxıstana səfər edəcək.
Lent.az-a Xarici İşlər Nazirliyindən daxil olan məlumata görə, nazir Elmar Məmmədyarov 13 iyul 2016-cı il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşündə iştirak etmək üçün Astanaya işgüzar səfər edəcək.