Elmar Məmmədyarov Albaniyanın XİN rəhbəri ilə görüşüb
04 dekabr 2014 20:42 (UTC +04:00)

Elmar Məmmədyarov Albaniyanın XİN rəhbəri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb.

 

Azərbaycan XİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rol qeyd olunaraq, Trans-Anadolu və Trans-Adriatik lahiyələrinin əhəmiyyəti vurğulanıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 130
avatar

Oxşar yazılar